Azərbaycanda banklar tərəfindən fərdi şəxslərə təqdim edilən istehlak kreditlərin həcmi 5 milyard 614 milyon manat olub. Söhbət 1 avqust 2020-ci il tarixinə olan göstəricidən gedir və sahibkarlıq məqsədi ilə ev təsərrüfatlarına verilən kredit nəzərdə tutulmur.
Bu isə son bir aylıq göstəricini müqayisə etməklə bu rəqəmlərin azalmış olduğunu görə bilərik. Məsələn, bir ay öncə müştərilərə verilən istehlak kreditlərinin həcmi 5 milyard 619.2 milyon manat idi. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
İstehlak kreditlərinin 5 milyard 170.40 milyon manatı milli valyutada, 443.60 milyon manatı isə xarici valyutada verilmiş kreditlər olub.
Milli valyutada verilən kreditlərin isə 4 milyard 647.1 milyon manatı nağd, 523.3 milyon manatı isə bank kartları (kredit kart məsələn) verilib. Xarici valyutada isə 424.3 milyon manatı nağd və 19.3 milyon manatı isə kart ilə təqdim edilib.
1 avqust 2020 | Valyutanın növü | cəmi | nağd | kartla |
Milli | 5170.4 | 4647.1 | 523.3 | |
Xarici | 443.6 | 424.3 | 19.3 |
1 iyul 2020 | Valyutanın növü | Cəmi | nağd | kartla |
Milli | 5174.1 | 4638 | 536.1 | |
Xarici | 445.1 | 424.8 | 20.3 |