“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin dövlət büdcəsinə vergi borcunu tam ödəyib.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin dövlət büdcəsinə 989 min 680,43 manat borcu var idi.
Bildirək ki, “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 94 077 890 manat və yaxud 54,3% azaldılıb. Şirkətin kapitalı 173 396 415 manatdan 79 318 525 manata endirilib.
Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.