15 C
Baku
Sunday, October 6, 2024

MİLLİKART və goSwiff mobil ödəmə həlli layihəsinə başladılar

Regionda sürətlə inkişaf edən şirkətlərdən və Azərbaycandakı ikinci böyük prosesinq bürosu olan MilliKart, bu gün goSwiff ilə birlikdə M + mobil ödəmə həllini təqdim etmişdir. M+ mobil cihazlar vasitəsi ilə ödəniş kartlarının qəbulu üçün hazırlanmış mobil ödəmə platformasıdır.

M+ mobil ödəmələr aləmində təhlükəsizliyi yüksək səviyyədə təmin edir. M+ həllinin universallığı yüksək miqyaslaşdırma ilə fərqlənməyə imkan verir və bu da öz növbəsində həm mikro-ticarət obyektləri olan kiçik biznesin, həm də minlərlə agenti olan böyük biznesin ehtiyaclarına cavab verir.

M + ödəniş ekosistemin bütün iştirakçılarını vahid mobil həll ilə təmin edir. Banklar üçün bu, ticarət obyektlərini rəqabətə dayanıqlı həllər ilə təmin etmək, iddialı mPOS strategiyalarını həyata keçirmək, mövcud və gələcək ödəniş sahəsinin problemlərini həll etmək üçün qabaqda olmaq imkanıdır.

“M + həllinin üstünlüyü ondan ibarətdir ki, MilliKart öz omni-kanal ödəmə həllini tamamlayacaq və ödənişləri bütün satış kanallarından qəbul edəcəkdir – “online” ödənişlər, mobil ödənişlər və mövcud POS ödənişlər. Bizim üçün rəqiblərimizdən öndə olmaq və nəinki Azərbaycanda, həm də bütün Zaqafqaziya regionunda ilk mobil ödəmə həllinə başlamaq çox həyacanlandırıcıdır”, – MilliKartın İcraçı Direktoru Calal Orucov bildirib.

Smartfon və ya planşet (iOS və Android), kart oxucu və M + əlavəsindən istifadə edərək, kassir kart əməliyyatlarını sürətlə və asanlıqla həyata keçirə bilər. Apps Store və Google Play-dən yüklənən əlavə istənilən mühit, məkan və zamanda əməliyyatların keçirilməsinə imkan verir və ödənişin təsdiqi müştəriyə elektron poçt və ya sms vasitəsilə göndərilir.

Qeyd edək ki, goSwiff həm “online”, həm də satış nöqtəsində dəyərlər yaradan innovative mobil ticarət platforması və marketinq xidmətləri təchizatçısıdır.

Son xəbərlər
Digər xəbərlər