Nisbi Güc İndeksi (RSİ) – qiyməti izləyən ossilyatordur. RSİ qiyməti 1-100 arasında dəyişə bilər. Bu texniki indikatorun müəllifi U.Uaylderdir. Onun tövsiyələrinə əsasən RSİ ossilyatoru üçün ən optimal period RSI = 14
Relative Strenght Index ossilyatorlarının analizi zamanı beş cür siqnal formalaşa bilər.
1. Zirvə və təməl
RSİ indikatoru o zaman zirvə yarada bilər ki, onun qiyməti 70-dən yuxarı qalxmış olsun və eyni zamanda qiymət qrafikində zirvə hələ formalaşmamış olsun.
RSİ indikatorunda zirvə
RSİ indikatorunda təməl (özül) o zaman formalaşır ki, onun qiyməti 30-dan aşağı düşmüş olsun və eyni zamanda qiymət indikatorunda təməl hələ formalaşmamış olsun.
RSI indikatorunda təməl
Qrafik modellər
RSİ əksər hallarda qrafik modellər yaradır
- baş və çiyin model
- üçbucaq
3. “Failure swings” (uğursuz vüsət)
Baş tutmayan vüsətdə (dəstək və müqavimət xətlərinin qırılması)
Bu siqnal o zaman formalaşır ki, RSİ özündən əvvəlki maksimumdan (pik) yuxarı qalxmış olsun və ya özündən öncəki minimumdan (çökəkdən) daha da aşağı ensin.
4. Dəstək və müqavimət səviyyələri
RSİ ossilyatoru öz qrafikində özü-özünə elə müqavimət və dəstək xətləri formalaşdırır ki, onlar qiymət qrafikdə mövcud olan xətlərdən daha əyani şəkildə, baxımlı görünürlər.
5. Divergensiya
Divergensiya isə o zaman formalaşır ki, qiymət RSİ qrafikində öz təsdiqini tapmamış yəni maksimum (və ya minimum) səviyyəsinə yüksəlir.
Ayı divergensiyası
Buğa divergensiyası
RSİ texniki indikatorunun hesablama formulu belə görünür:
RSI = 100 – (100 / (1 + U / D))
burada:
U — müsbət qiymət dəyişikliklərinin orta qiyməti
D — mənfi qiymət dəyişikliklərinin orta qiyməti