26 C
Baku
Tuesday, October 8, 2024

“Azericard”ın rəhbərliyinə yeni təyinat olub

Azərbaycan Beynəlxalq Bankının (ABB) prosesinq mərkəzi olan “Azericard” MMC şirkətinin rəhbərliyinə yeni üzv seçilib.

Bu barədə Banker.az-ın əldə etdiyi informasiyada qeyd edilib.

Məlumata görə, Vüsal Şahverdiyev “Azericard”ın Müşahidə Şurasının üzvi seçilib. V.Şahverdiyev həmçinin ABB-yə cari ilin əvvəlində “Bank BTB” ASC-dən gəlib. O, həmçinin, hazırda ABB-də Transformasiya departamentinin direktorudur.

2020-ci ilin əvvəlinə qədər “Bank BTB”nin İdarə Heyətinin üzvü və ona yaxın “BTB Lizinq” şirkətinin Müşahidə Şurasının üzvi vəzifəsində çalışırdı. Daha əvvəl o, Bank of Bakuda müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, ABB-dən “Azericard”ın Müşahidə Şurasına son 3 ayda qeydə alınan ikinci təyinatdır. Bundan öncə isə 2020-ci ilin iyun ayında Ceyhun Qarayev M.Ş üzvi seçilmişdi.

Son xəbərlər
Digər xəbərlər