6 C
Baku
Sunday, December 15, 2024

“LG” müəssisəsində əməkdaşların 1/3 hissəsi koronavirusa yoluxub

“LG Electronics” şirkətinin İndoneziyada yerləşən müəssisələrindən birinin əməkdaşlarının üçdəbir hissəsinin koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxdıqdan sonra onun fəaliyyəti dayandırılıb.

Cənubi Koreyanın “Yonhap News” informasiya agentliyinin məlumatına görə, söhbət İndoneziyanın Sibitunq (Qərbi Yava) şəhərində yerləşən “LG” zavodundan gedir. 1995-ci ildə yaradılan müəssisə televizor, kompüter monitoru və rəqəmli tabloların buraxılışında ixtisaslaşır.

İstehsal avqustun 22-də 200 işçiyə “COVID-19” diaqnozu qoyulduqdan sonra dayandırılıb.

Bildirilir ki, hazırda zavodda dezinfeksiya işləri aparılır. Müəssisə bu həftənin sonunadək bağlı qalacaq. Bütün işçi heyəti mütləq şəkildə koronavirus testi verəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, növbəti bazar ertəsindən işə yalnız “COVID-19” üçün götürülən analiz nümunələri mənfi çıxan əməkdaşlara çıxmağa icazə veriləcək.

Mayda “LG Electronics” istehsalın səmərəliliyini artırmaq və Sibitunq müəssisəsi əsasında Asiya istehsal mərkəzinin yaradılması məqsədilə televizorların buraxılışı üzrə iki Cənubi Koreya zavodunu İndoneziyaya köçürüb.

Məqalədə zavodun “LG Electronics” biznesinə təsiri barədə məlumat verilmir.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər