15 C
Baku
Sunday, October 6, 2024

Rusiya banklarının Azərbaycan bankları ilə əməkdaşlığı kimə nə verəcək?

Rəşad Həsənov: “Azərbaycan hazırkı şərtlər daxilində rus banklarının maliyyəçisi rolunda çıxış etməyəcək”

“Hazırkı şəraitdə Azərbaycan maliyyə mənbələrinin Rusiyanın maliyyə sektorunda iştirakı düzgün deyil”

Məlumata görə, Rusiya Azərbaycan bankları ilə əməkdaşlıq etmək istəyir. VTB bankın rəhbəri Andrey Kostin jurnalistlərə açıqlamasında Rusiya banklarının Çin, Sinqapur və digər aparıcı Asiya bazarları ilə yanaşı, Azərbaycan və Qazaxıstandan da maliyyə vəsaitləri cəlb edə biləcəyini deyib.

Onun sözlərinə görə, Rusiya maliyyə strukturları Şərqlə bir qədər gec işləməyə başlayıb: “Burda tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və bunun üçün müəyyən baza yaratmaq lazımdır. Maliyyə resursları olan Azərbaycan, Qazaxıstan kimi ölkələrdə işləmək olar. Rusiya banklarında, o cümlədən VTB-də Şərq və Asiya bazarlarından vəsait cəlb etmək təcrübəsi var”.

Rusiya bankları Azərbaycan bankları ilə əməkdaşlıq edə bilərmi? Edə bilərsə, bunun nəticəsi necə olacaq?

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı Rəşad Həsənov bizimlə söhbətində qeyd etdi ki, hazırda Azərbaycanın maliyyəçi qismində çıxış etməsini məqbul görmür: “Rusiya bu gün münasibətləri normal olduğu ölkələrdən bank-maliyyə sektoruna əlavə vəsait cəlb etməyə cəhd göstərir. Azərbaycanda potensial maliyyə mənbəyi ARDNF hesab edilir. Bu günə qədər belə bir təcrübə var. ARDNF VTB bankda 500 milyonluq səhm paketinə sahibdir.

Rusiyada bəzi bankların Avropa maliyyə mənbələrindən təcrid olunması onları kredit portfelini formalaşdırmaqda diversifikasiya etmək kimi problemlə üz-üzə qoyub. Odur ki, Rusiya buna cəhd edəcək. Amma Azərbaycan hazırkı şərtlər daxilində həmin bankların maliyyəçisi rolunda çıxış etməyəcək. Çünki hazırda dünyada siyasi konyuktura onu göstərir ki, yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək. Sonda Rusiyanın maliyyə sektoruna ciddi mənfi təsirlər olacaq. Ona görə də hazırkı şəraitdə Azərbaycan maliyyə mənbələrinin Rusiyanın maliyyə sektorunda iştirakı düzgün deyil.

Digər sahələrdə ola bilər. Məsələn, daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsindən Azərbaycan istifadə edə bilər. Lakin maliyyə-bank sektorunda iştirak etmək hazırda risqlidir.

Düşünmürəm ki, hansısa siyasi məqsəd olmadığı təqdirdə Azərbaycan Rusiya bankının maliyyəçisi rolunda və ya onun səhmlərinin alışında iştirak etsin”.

Baki-xeber

Son xəbərlər
Digər xəbərlər