19 C
Baku
Sunday, October 6, 2024

İsidor və İda Ştraus: Titanikdə yaşanmış real hadisə

James Cameron 1997-ci ilə aid “Titanic” filmində Ştrauslar ailəsini gəminin batması anında kabinləri su ilə dolarkən bir-birinə təsəlli verərkən təsvir edib. İsidorun öz həyat yoldaşı İda-nı xilasedici qayığa əyləşməyə razı salması səhnəsi sonradan silinib.

Titanik gəmisi batmağa başladığı an ilk qayıqlar suya salınır və kişilər də qadınlar ilə bərabər bu qayıqlara mindirilir. Sonradan qayıqların hər kəsə kifayət etməyəcəyini anladıqda yalnız qadınlar və uşaqlar qayıqlara mindirilir.

Yoldaşının da onunla birgə qayığa minməsinə icazə verməyəcəklərini anlayan İda öz qayıqdakı yerindən imtina edir. Sərnişinləri qayığa yerləşdirən zabit İsidor Ştrausun yaşına hörmət olaraq ona da qayıqda yer göstərir. Lakin 67 yaşlı milyarder bu təklifi qəbul etmir.

Gəminin batmağa başladığı andan yarım saat sonra, yəni gəminin yarıya qədər su ilə dolduğu və göyərtədə əsl həyəcan yaşandığı bir vaxtda İsidor nəhayət ki İda Ştrausu qayıqlardan birinə yerləşdirə bilir. Lakin ərinin əli ilə son dəfə “Sağ ol” deyin qaranlığa çəkildiyini görən İda qayığı suyun üzərində saxlamağı xahiş edir və düşərək ərinə tərəf tələsir. İsidor Ştrausun onu geri qaytarmaq cəhdlərinə baxmayaraq İda Ştraus bildirir: “Mən ərimi tək qoymaram. Biz həmişə bir yerdə olmuşuq. Sən hara, mən də ora”. Bu zaman İda üzərindəki xəz paltonu çıxarır və yanındakı xidmətçisinin çiyinlərinə atır. Qeyd edək ki, xidmətçilər ilk reysə buraxılmırdı. Beləliklə, xidmətçi milyarder qadının əvəzinə ilk reysdə yer ala biləcəkdi.

Sonuncu dəfə bu vəfalı cütlükləri batan gəminin dirəklərinin birində altında görmüşlər. Onlar əl-ələ tutaraq digər əlləri ilə qayıqla uzaqlaşan sərnişinlərə vida edirdilər. Şahidlərin sözlərinə görə “Onlar çox təmkinli görünürdülər”.

Son xəbərlər
Digər xəbərlər