12 C
Baku
Wednesday, December 11, 2024

İtaliya ÜDM-i 1995-ci ildən bəri rekord səviyyədə azalıb

Bu ilin II rübündə İtaliyanın ÜDM-i əvvəlki rübə nisbətdə 12,8% və ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% azalıb. Bu, 1995-ci ildən bu yana rekord bir azalmadır.

TASS xəbər verir ki, bu barədə Milli Statistika İnstitutunun dərc etdiyi məlumatda deyilir.

İyulun sonunda sözügedən qurum II rübdə İtaliyada ÜDM-in müvafiq olaraq 12,4% və 17.3% azalacağını proqnozlaşdırdı. Lakin İtaliya iqtisadiyyatında geriləmə bir qədər də əhəmiyyətli oldu. İnstitut mütəxəssislərinin izah etdiyi kimi, bu cür məlumatlar koronavirus pandemiyası və onun fonunda ölkədə görülən məhdudlaşdırıcı tədbirlərlə əlaqədardır.

Qeyd edək ki, koronavirus pandemiyası başlayandan İtaliyada bu virusa yoluxanların sayı 268 mini ötüb, onlardan, demək olar ki, 35,5 mini ölüb.

Son xəbərlər
Digər xəbərlər