9 C
Baku
Friday, December 13, 2024

Prezidentin köməkçisi 41 QHT rəhbəri ilə görüşüb

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən 41 QHT-nin sədri ilə görüş keçirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən  verilən məlumata görə, Şura sədri Azay Quliyev bildirib ki, QHT-hökumət dialoqu çərçivəsində təşkil edilən 4-cü görüş ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarladır.

Azay Quliyev Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı verdiyi tapşırıqlar sırasında su ehtiyatlarının qiymətləndirilməsinin də olduğunu nəzərə alaraq  Prezidentin köməkçisi Hikmət Hacıyevin  sudan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşünün xüsusi önəm daşıdığını deyib.

Son xəbərlər
Digər xəbərlər