10 C
Baku
Wednesday, December 11, 2024

“Fənərbağça” hücumçusunu 20 milyon avroya satdı

Türkiyə “Fənərbağça”sının futbolçusu Vedat Muriki karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

“NTV Spor” xəbər verir ki, İstanbul təmsilçisi kosovolu hücumçunu 20 milyon avro qarşılığında “Latsio”ya satıb.

Rəsmi açıqlamanının bu həftə içərisində veriləcəyi gözlənilir. Roma klubu 26 yaşlı forvardla 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, “Fənərbağça” Vedat Murikini ötən yay “Rizəspor”dan heyətinə qatmışdı.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər