Sizin şüurunuz yeni ideyalar irəli sürmək üçün yaradılıb. O onları yaddaşda saxlamalı deyil. Əgər fikirlərinizi başınızdan çıxarıb GTD (Getting Thing Done – işləri necə qaydasına salmaq olar) sisteminizə köçürmək istəyirsinizsə, “mental reviziya” metodundan istifadə edin.
Siz də bir çox insan kimi fikirlərinizi idarə edə bilmirsinizsə, onları bir yerə toplamaq və yazmaq lazımdır. Ümumiyyətlə, aşağıdakılar da daxil olmaqla, diqqətinizi cəlb edən hər bir şeyi yazmalısınız:
- Etmək istədiyiniz işlər.
- “Edim, yoxsa etməyim?” düşündüyünüz işlər.
- İmtina etmək istəmədiyiniz yaradıcı fikirlər.
Bütün bunları yazmaqla düşüncələrinizi kağıza köçürmüş olursunuz. “Reviziya”dan sonra özünüzü daha yaxşı hiss etdiyinizi görə bilərsiniz. Sizin şüurunuz azad və təmizdir. Artıq nəyisə xatırlamağa və ya unuda biləcəyiniz üçün narahat olmağa ehtiyac yoxdur.
Zehin su kimidir
Təsəvvür edin ki, heç bir səs-küy və təzyiq olmadan tamamilə təmiz bir zehni məkanınız var. Bütün diqqətinizi prioritet vəzifələrə yönləndirə bilirsiniz və konsentrasiyanızı pozmursunuz. Siz indiki zamanda yaşayırsınız. Diqqətlisiniz. Diqqətinizi nəzarət altında saxlamağı bacarırsınız.
“Zehin su kimidir” – bu, düşüncənizin aydın olduğu və istədiyiniz hər şeyə diqqət yetirə biləcəyiniz bir təcrübədir. Hər şeyə hazır olursunuz. GTD metodologiyası bütövlükdə bunun üçün nəzərdə tutulmuşdur, buna görə zehninizi mütəmadi olaraq təmizləyin.
Addım-addım
Addım 1. “Zehni reviziya” üçün itirmi-otuz dəqiqə vaxt ayırın. Bəs “mental reviziya nədir?”
Mental reviziya – ağlınızda olan hər bir şeyi yazmaq deməkdir. Bu metod zehninizi təmizləməyə kömək edəcək.
Addım 2. İlk reviziyanızı tamamlayın. Mümkündürsə, işləyə biləcəyiniz sakit bir yer tapın. Kağız və qələm əlinizin altında olsa, yaxşı olar. Ağlınıza gələn, diqqətinizi cəlb edən hər bir fikri və layihəni yazın. Əgər hər bir fikrinizi ayrıca vərəqə yazsanız, növbəti addımı atmaq daha asan olacaq. Mütləq deyil ki, vərəqlərdən istifadə edəsiniz – rəqəmsal cihazlar da alternativ sayılır.
Addım 3. Əldə etdiyinizi “qaba” qoyun. Bütün kağız vərəqləri və hər hansısa digər qeydləri bir “qaba” qoyun. Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, siz düşünmək və qərarlar qəbul etmək məcburiyyətində deyilsiniz. Nə zaman buna hazır olsanız, onda addımlar atacaqsınız.
Məyusluq və yüngüllük
Adətən insanlar “mental reviziya”dan sonra məyusluq, yüngüllük və eyni zamanda təəssüf hissini yaşayırlar. Uzun müddət idi ki, ağlınızda gizlətdiyiniz faktlar üzə çıxır deyə məyus olursunuz. Bəlkə özünüzə və ya kiməsə nəsə vəd etmisiniz? Onlar sizin sisteminizə nüfuz edib və siz nə etməli olduğunuzu bilmirsiniz.
Bütün bu elementlər ağlınızdan sistemə köçdüyü üçün yüngüllük hiss edirsiniz. Yaxşı və ya pis reallığı dərk etməyiniz hər zaman müsbət nəticə verir.