Səhər 6-dan 7-ə qədər – “pəncərə” dövrüdür və bu zaman insanın uzun müddətli yaddaşının ən yaxşı fəaliyyət göstərdiyi dövrdür. Bu müddət ərzində əldə edilən məlumat asanlıqla qavranılır.
Səhər 8-dən 9-a qədər məntiqi düşüncə işə düşür. Bu yadda saxlama və analitika ilə məşğul olmaq üçün ən ideal vaxtdır.
Səhər 9-dan 10-a qədər məlumat və statistika ilə məşğul olmaq üçün ən optimal zamandır.
Səhər 11-dən 12-ə qədər intellektual funksiyaların effektivliyi enir və iş şəraitində diqqəti işdən əlavə şeylərə yönəltmək məsləhətdir. Məsələn, musiqi dinləmək.
Səhər 11-dən 14:00-a qədər nahar üçün ən uyğun zamandır. Bu saatlar ərzində insanın həzm funksiyaları daha yaxşı fəaliyyət göstərir.
12:00-dan 18:00-a qədər olan müddət fəal iş üçün ən ideal zaman kəsiyidir. Gec saatlara qədər beyini işləməyə məcbur etmək sonda istənilməyən nəticələr doğura bilər. Məsələn, yuxusuzluq.
21:00-dan 23:00-a qədər beyin və sinir sistemi tamamilə dincəlir.
23:00-dan gecə saat 1-ə qədər yuxu ərzində insan orqanizminin enerji bərpası prosesləri gedir.
Gecə 1-dən 3-ə qədər insan emosional enerjisini bərpa edir.