Aktivlərinin həcminə görə ABŞ-ın ən böyük bankı olan “JPMorgan Chase & Co”-nun Azərbaycan və Türkiyə üzrə ofisinin rəhbəri vəzifəsinə Mustafa Bağrıaçık təyin edilib.
Mustafa Bağrıaçık bu vəzifədə fəaliyyətinə oktyabrın 1-dən başlayacaq. O, öz vəzifəsini İstanbuldan yerinə yetirəcək.
Bağrıaçık son beş ildə “Deutsche Bank”-ın Türkiyə və Azərbaycan üzrə İnvestisiya bankçılığı və konsultasiya departamentin rəhbəri vəzifəsində işləyib. O, həmçinin 10 il ərzində “Goldman Sachs Group Inc”-də fəaliyyət göstərib.
M.Bağrıaçık “JP Morgan”-ın Orta Şərq, Türkiyə və Afrika üzrə məsul səlahiyyətlisi Sjoerd Leenarta tabe olacaq.
Trend