2 C
Baku
Saturday, December 14, 2024

Qarşıdakı 3 ildə ADB Azərbaycana 4,5 mln dollar qrant ayıra bilər

Azərbaycan Asiya İnkişaf Bankının (ADB) C qrupuna daxil olan yuxarı orta gəlirli üzv ölkələrindəndir.

Bu barədə Bankın Direktorlar Şurası tərəfindən Azərbaycan üzrə 2021-2023 illər üçün təsdiqlənmiş biznes planında qeyd edilir.

Hesabata görə, 2021-2023-cü illərdə suveren əməliyyatlar aparmaq üçün 412,8 mln ABŞ dollarlıq öhdəlik mövcuddur. Amma həmin dövr üçün təklif edilən borc ayrılmış zərfdən xeyli çox yəni 780 mln ABŞ dollardır. Maliyyə boşluğunu aradan qaldırmaq üçün ortaq maliyyələşmə və başqa mənbələrdən maliyyələşmə imkanları araşdırılacaq.

ADB hesab edir ki, boru kəmərlərinin genişləndirilməsi Azərbaycanın əsas infrastruktur, nəqliyyat, kənd təsərrüfatı və təhsil sahəsinin inkişafı üçün əlavə mənbələrə tələbatının olduğu göstərir.

Boru kəmərlərinin ölkədə həyata keçirilən islahatların ikinci fazasına daxildir, hansı ki, 2016-2019-cu illərin Siyasi əsaslı borclanma (policy-based lending – PBL) proqramının davamı olacaq.

2021-2023-cü illərdə PBL proqramı üzrə borclanma ADB-nin PBL üzrə maksimal kredit məbləğinə uyğun müəyyənləşəcək. Son məbləğ isə mənbələrin mövcudluğuna, hökumətin borclanmaya getməsinə və layihələrin hazırlanmasına bağlıdır. Həmin illərdə ADB-nin daxili resurslar və əlavələr hesabına Azərbaycana texniki dəstək layihələri çərçivəsində 4,5 mln ABŞ dollarlıq yardım ayıra bilər.

Son xəbərlər
Digər xəbərlər