Azərbaycan bu il innovativ inkişaf reytinqini əks etdirən “Global Innovation Index 2020” hesabatında 131 ölkə arasında 82-ci yeri tutub.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Xatırladaq ki, ötən il ölkəmiz sözügedən reytinqdə 84-cü pillədə qərarlaşmışdı.
Hesabata əsasən, bu il siyahıda ilk 10-luqda İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya, Hollandiya, Danimarka, Finlandiya, Sinqapur, Almaniya və Cənubi Koreya qərarlaşıb.
İran siyahıda 67-ci, Gürcüstan 63-cü, Ermənistan 61-cü, Türkiyə 51-ci, Rusiya isə 47-ci yeri tutub.
“Global Innovation Index 2020” 2008-ci ildən yayımlanır, “Global Innovation Index”, “INSEAD Business School”, “Jhonson University of Cornell” və WIPO (World Intellectual Property Organization) tərəfindən hazırlanır.