2 C
Baku
Saturday, December 14, 2024

“AXA Mbask” sığorta şirkətinin kapitalı geri çəkilir

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətin nizamnamə kapitalı azaldılıb.

Banker.az-a daxil olan məlumata görə, “AXA MBASK” Sığorta Şirkətinin nizamnamə kapitalı
23 933 828 manatdan 20 534 028 manatadək azaldılıb.

Belə ki, sığorta şirkətinin nizamnamə kapitalı 3 399 800 manat azalıb.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər