9 C
Baku
Thursday, December 12, 2024

Mikrobiznes “dirildilir” – Banklar nazirliyin proqramına dəstək verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.

Nazirlikdən Banker.az-a verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.

Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:

1. Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) 16. Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi)
2. PVC qapı və pəncərə hazırlanması 17. Brolyer inkubatoru
3. Kişi bərbərxanası 18. Qadın gözəllik salonu
4. Avtoyağlama 19. Avtomobil şinlərinin təmiri
5. Komputer oyun salonu 20. Avtoyuma
6. Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) 21. Avtoçilingər
7. Dizayner 22. Dülgər
8. Dəmirçi 23. Dönərçi
9. Avtotornaçı (tokar) 24. Yem üyütmə xidməti (mini yem dəyirmanı)
10. Parket və taxta döşəmə cilalanması 25. Yun darama
11. Avtoelektrik 26. Naxış vurma
12. Meyvə qurutma 27. Təlim-tədris
13. Fitnes (idman) 28. Musiqiçi
14. Poliqrafiya xidmətləri 29. Ayaqqabı təmiri və istehsalı
15. Foto xidməti 30. İstixana

Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər:  [email protected]; [email protected] mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.

Son xəbərlər
Digər xəbərlər