Bu ilin iyunun 16-dan sentyabrın 2-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan “AGBank” və “NBCBank”ın əmanətçilərinə 175,34 mln. manatdan çox kompensasiya ödənilib.
Bu barədə Əmanətlərin Sığortalaması Fondundan (ADIF) bildirilib.
Sentyabrın 2-nə olan məlumata görə, “AGBank” üzrə 3 560 əmanətçiyə ödənilən məbləğ 67,49 mln. manat, “NBCBank” üzrə isə 3 645 əmanətçiyə 107,84 mln. manat kompensasiya ödənilib.
İyunun 1-dən sentyabrın 2-dək “Kapital Bank” tərəfindən ləğv prosesində olan “Amrahbank” və “Atabank”ın əmanətçilərinə 328,23 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində “Amrahbank” üzrə 5 381 əmanətçiyə ödənilən məbləğ 128,54 mln. manat, “Atabank” üzrə isə 8 709 əmanətçiyə 199,68 mln. manat kompensasiya ödənilib.
Ümumilikdə, sentyabrın 2-nə ləğv prosesində olan 4 bank üzrə 21 295 əmanətçiyə 503,57 mln. manat kompensasiya ödənilib.