7 C
Baku
Thursday, December 12, 2024

İsveçrədə vergilər kriptovalyuta ilə ödəniləcək

İsveçrədə hedc fondların, kriptovalyuta şirkətlərinin və əmtəə treyderlərinin aktiv fəaliyyət göstərdiyi Zuq bölgəsində vergilərin “Bitcoin” və “Ether” kriptovalyutaları ilə ödənilməsinə icazə verilib.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, rəqəmsal pulla ödəniş yalnız 100 min İsveçrə frankına qədər vergilərə aiddir. Yerli “Bitcoin Suisse” şirkəti kriptovalyutaları franka çevirib, müvafiq məbləği dövlətə köçürəcək.

Xatırladaq ki, Zuq bölgəsində 2016-cı ildən bəri bəzi rəsmi xidmətlərin dəyəri nağd pulla yanaşı həm də “Bitcoin”lə ödənilir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər