Azərbaycanda bu il ixtisaslaşdırılmış mağazalarda kitab satışının həcmi iki dəfəyə yaxın düşüb. Hətta sərt karantinin əsas tətbiq edildiyi aprel-iyun aylarındakı göstəricilər illik müqayisədə daha çox, yəni, 3.5 dəfə azalmanı müşahidə edirik. Banker.az bunu bazara yaxın rəsmi mənbədən əldə edib.
Cari ilin ilk yarımilliyi ərzində Azərbaycanda 467.5 min manatlıq ixtisaslaşdırılmış mağazalarda əhali tərəfindən kitab alınıb. Bu kitabların 309 min manatlığı cari ilin ilk rübündə (yanvar-mart), 158.5 min manatlığı isə ikinci rübdə (aprel-iyun) pərakəndə ticarət olunub. İlin birinci rübü ilə ikinci rübü arasındakı fərq hətta iki dəfəyə yaxındır.
Bununla belə azalma eləcə də, qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışında yarımillik ərzində 2 223.1 min manat olub, bunun da cəmi 1 049.9 min manatı ikinci rübün payına düşüb.