İŞÇININ VƏZIFƏSI:
İdarəetmə sahəsində
- Azərbaycan Respublikası Mühasibat Uçotu haqqında Qanununa, Mərkəzi Bankın təlimatlarına, Vergi Məcəlləsinə və təşkilatdaxili proseduralara əsasən filial daxilində maliyyə və mühasibat uçotunu təşkil etmək , planlaşdırmaq, nəzarət və idarə etmək;
- Filial meneceri ilə koordinasiyalı olaraq, nağd və qeyri-nağd pul vəsaitlərinin hərəkətinin idarə edilməsi;
- Filial meneceri ilə koordinasiyalı olaraq filialın bankda olan vəsaitlərinin idarə olunması və bank əməliyyatlarının aparılmasını təmin etmək;
- Filial və onun nümayəndəliklərinin maliyyə və mühasibat uçotunu təşkil etmək, o cümlədən maliyyə təhlili üzrə filialın göstəricilərini hesablamaq, proqnoz və idarəetmə hesabatlarını hazırlamaq;
- Filialın tabeçiliyində olan nümayəndəliklərinin mühasib köməkçiləri tərəfindən təqdim olunmuş hesabatların səhihliyinin yoxlanılması;
- Dövri maliyyə və statistik hesabatları tərtib etmək və müəyyən olunmuş qaydada Baş Ofisə təqdim etmək;
- Daxili proseduralara əsasən gündəlik əməliyyatlarla bağlı maliyyə sənədlərini tərtib və təsdiq etmək;
- İlkin və törəmə sənədlərin, elektron məlumat bazaların mühafizəsini, fayllaşmasını və arxivləşdirilməsini daxili prosedur və qaydalara uyğun olaraq həyata keçirilməsi;
- Əsas vəsaitlərin və inventarların hərəkəti haqqında hesabatların hazırlanması və əsas vəsaitlər üzrə inventarizasiyanın həyata keçirilməsini təmin etmək;
- Daxili qaydalara və proseduralara uyğun olaraq, girov kimi qoyulan qızıl, zinət və digər əşyaların dövriyyəsinin uçotunun təşkili və nəzarət edilməsini təmin etmək;
Nəzarət sahəsində
- Daxili proseduralara əsasən, gündəlik xəzinə kitabına və xəzinə qalığına (xəzinə limiti) nəzarət etmək və yoxlayıb təsdiq etmək;
- Gündəlik Maliyyə İnformasiya Sistemi proqramına müştərilər, kreditlər haqqında və digər informasiyanın daxil edilməsi, əməliyyatların qeydiyyatının həyata keçirilməsini və nəzarət olunmasını təmin etmək;
- Filialın büdcəsinin hazırlanmasında iştirak və büdcə nəzarətini təmin etmək;
- Təsdiq edilmiş büdcə, təsdiq edici sənədlər və təşkilat daxili təlimatların əsasında xərclərin səmərəli və məqsədyönlü istifadə edilməsinə nəzarətin təmin edilməsi;
Digər
- Kredit almaq üçün təsdiq edilmiş (Kredit Komitəsinin Qərarı forması-Loan Committee Summary) müştərilərin siyahısına əsasən Kredit Paylanışı Formasının (Disbursment List) hazırlanması;
- Gündəlik kassa sənədləri və daxil olan vəsaitlərin əsasında gündəlik ödəniş cədvəllərinin (Daily Repayment Schedule) hazırlanması;
- Gündəlik təsərrüfat əməliyyatının qeydiyyatını və onların mühasibat uçotunun aparılmasını təmin etmək ;
- Təsərrüfat xərcləri etmək üçün avans hesablarının açılması ,dövriyyəsi və bağlanması prosesini təşkilatın daxili təlimatlarına uyğun şəkildə yerinə yetirilməsini təmin etmək;
- Filialın digər təsərrüfat subyektləri ilə bağlanmış müqaviləliləri üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək;
- Filial işçiləri ilə bağlanmış əmək müqavilələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinə və digər qanunvericiliyə əsasən Əmək Haqqının hesablanmasını təmin etmək;
- Öz vəzifələrini yerinə yetirilməsi zamanı peşəkar, etik prinsipləri gözləmək, əməliyyatların şəffaflığını və məxfiliyini təmin etmək;
- Donor, investor və digər tərəflər üçün hesabatlar hazırlanması və bu hesabatların hazırlanması üçün Baş Ofisi zəruri informasiya ilə təmin etmək;
- Təşkilatın maliyyə idarəetməsi ilə bağlı proseduralarının hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Maliyyə meneceri və Baş mühasib tərəfindən tələb olunan digər vəzifələri yerinə yetirmək;
- Lazım gəldikdə filial tabeçiliyində olan nümayəndəliklərin mühasib köməkçisini əvəz etmək;
- Təlim və təcrübə ilə bağlı faktiki xərclər barədə İRD-nə hesabat, məlumat vermək;
TƏLƏBLƏR:
- Uçot haqqında qanunvericilik aktlarını, Mühasibat uçotunun təşkili və hesabatların tərtibatını bilmək;
- Banklar və bank fəaliyyəti haqqında, mülki, əmək, maliyyə, vergi qanunvericiliyini bilmək;
- Kredit təşkilatlarında mühasibat uçotunun təşkili üzrə təlimat və qaydaları, onun aparılması qaydalarını bilmək;
- Aparılan hesabları, əməliyyatları və məlumatların daxil edilməsini əsaslandırmaq və balansa almaqla bağlı mühasibat işlərini bilmək;
- Pul vəsaitlərinin, əsas vəsaitlərin. əmtəə, maddi və digər qiymətlilərin qəbulu, mədaxili, saxlanması və silinməsi qaydalarını bilmək;
- Debitor və kreditorlarla hesablaşmaların aparılması qaydalarını bilmək;
- Mühasibat hesabatı və balanslarının tərtib edilməsi qaydaları və müddətlərini bilmək;
- “VF AzərKredit”-in daxili prosedur və qaydalarını bilmək;
- Müasir ofis qaydalarını və ləvazimatlarından istifadəni bilmək;
- Müvafiq sahədə ali təhsil;
- Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi olmalıdır;
- Müasir mühasibat İnformasiya Proqramlarından ən azı birini bilməlidir;
- Komanda və fərdi şəkildə iş bacarığı olmalıdır;
- Müəyyən səviyyədə ingilis dili olmalıdır;
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 10 oktyabr 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Yevlax Mühasib’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]
Fax: (+994 12) 597 30 39
www.azercredit.az