“AXA MBASK” Sığorta Şirkəti ASC-nin işçi sayı kəskin azalıb.
Bu barədə Banker.az xəbər verir ki, sığorta şirkətinin işçi sayı 13 nəfərə düşüb, söhbət 1 iyul 2020-ci il tarixinə olan rəqəmlərdən gedir.
Sığorta Şirkətinin işçi sayı son 3 ay ərzində 12 nəfər, (2020,R1: 25 nəfər) son bir il ərzində isə 34 nəfər azalmışdır.
“AXA MBASK” şirkətinin səhmdarı baş ofisi İspaniyda yerləşən “AXA Seguros Generalessa SA de Seguros y Reaseguros” şirkətidir.