Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus əleyhinə geniş miqyaslı peyvəndləmənin 2021-ci ilin ortalarında başlayacağını gözləyir.
TASS-a istinadən xəbər verilir ki, bu barədə ÜST-ün baş elmi işçisi Sumya Svaminatan bildirib.
“Dünyaya milyardlarla doza lazımdır, amma bunun üçün vaxt tələb olunur. Buna görə, real danışsaq, biz 2021-ci ilin ortalarında əhalinin peyvəndlənməsi üçün vaksinin dozalarını göndərməyə başlaya biləcəyik”, – Svaminatan deyib.
Onun sözlərinə görə, hazırda ÜST bir neçə vaksinin sınaqlarının son nəticələrini gözləyir. Təşkilat bundan sonra onların istehsalı texnologiyalarının yayılmasını təşkil etmək və preparatı milyardlarla doza almağa başlamaq niyyətindədir.