10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanı kralı və ABŞ rəhbəri G20-nin işini müzakirə etdilər

Səudiyyə Ərəbistanın kralı Salman ben Adbel Əiz əl-Səud ABŞ prezidenti Donald Trampla telefon söhbətinin gedişatında Yaxın Şərqdə yaranmış vəziyyəti və G20-nin işini müzakirə ediblər.

Bu barədə SPA agentliyinə istinadən xəbər verir.

“Telefon danışığı zamanı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi G20-nin bu ilki işi, habelə təşkilatın iclasları zamanı COVID-19 pandemiyasının təsirini azaltmaq məqsədilə həyat və dolanışıqları qorumaq üçün göstərilən səylər müzakirə edilib”, – deyə xəbərdə bildirilir.

Səudiyyə Ərəbistanı kralı ölkəsinin G20-yə rəhbərlik etdiyi dövrdə koronavirusun əhaliyə və iqtisadiyyata təsirləri ilə mübarizə səylərini dəstəkləməyə və əlaqələndirməyə davam edəcəyini təsdiqləyib.

Regiondakı mövcud vəziyyətə gəlincə, agentlik qeyd edib ki, Salman ben Adbel Əiz əl-Səud ABŞ-a sülhün yaradılması üzrə səylərinə görə minnətdarlığını ifadə edib.

O, həmçinin rəsmi Ər-Riysadın “Fələstin məsələsinin möhkəm və ədalətli nizama salınması” nailiyyətinə cəhdini təsdiq edib. Səudiyyə Ərəbistanının kralı vurğulayıb ki, bu, ərəb dünyasının sülh təşəbbüsü çərçivəsində səylər üçün əsas başlanğıc nöqtəsidir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər