Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında 23 təyyarə reysi təxirə salınıb.
Bu barədə “Яндекс. Расписания” xidməti məlumat yayıb.
Bildirilib ki, “Domodedovo”da 5 uçuş ləğv edilib, 9-u təxirə salınıb.
“Vnukovo”da 4 reys ləğv edilib, 2-si təxirə düşüb.
“Şeremetyev” hava limanında isə 3 reys ləğv edilib.
“Jukovski”də uçuşların qrafiki ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, martın 27-dən etibarən Rusiya koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlarını dayandırmışdı. Lakin avqustun 1-dən etibarən Rusiya Federasiyası bir sıra ölkələrlə beynəlxalq hava trafikini bərpa etmişdi.