Dünyanın ən dəyərli şirkəti olan Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neftin oktyabr qiymətlərini aşağı salıb.
“Saudi Aramco” “Arab Light” markalı xam neftin əsas bazarı olan Asiyaya ixracı gözləniləndən çox azaldıb. Bundan başqa, şirkət ABŞ alıcıları üçün qiymətləri aşağı salıb. “Aramco”, həmçinin Avropa və Aralıq dənizi hövzəsinə göndərəcəyi digər xam neftlərin də qiymətini endirib.
Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.