12 C
Baku
Sunday, November 24, 2024

Brüs Li: həyat qaydaları

Aktyor 1973-cü ildə 32 yaşında Honq Konqda vəfat edib.

Pulların heç bir əhəmiyyəti yoxdur. Bu yalnız müəyyən olunmuş məqsədlərə çatmaq üçün bir vasitədir və yadda saxlamaq lazımdır ki, bu pullar həyatda nəyi qazandıra bilər, nəyi yox. “Bu ay sən 10 dollar qazana bildin. Növbəti ay isə 5 dollar. Buna hazır ol”.

Bilik kifayət deyil, onları tətbiq etmək lazımdır. Arzulamaq kifayət deyil, arzunu həyata keçirmək lazımdır.

Əgər həyatı sevirsənsə zamanını boş yerə xərcləmə. Çünki həyat elə zamandan ibarətdir.

Mən bir şeydə tam əminəm ki, mənim mahnı oxumaq üçün yaxşı səsim yoxdur. Lakin mən adətən hamıya necə gözəl səsim olduğundan danışıram.

Əgər mən sizə desəm ki, mən əla bir insanam, siz düşünəcəksiniz ki, mən özümlə öyünürəm. Əgər məs desəm ki, mən heç nəyə yaramıram, siz biləcəksiniz ki, mən yalan danışıram.

Su kimi hərəkət elə, güzgü kimi don, əks-səda kimi cavab ver. Əgər sabah pis vəziyyətə düşmək istəmirsənsə bu gün doğrunu danış.

Qərb təhsili bir iş üçün, şərq təhsili isə başqa bir iş üçün yaxşıdır. Belə demək olar – bu barmaqla bu işi, digər barmaqla başqa bir işi görmək daha yaxşıdır. Lakin bütün bir əl hər bir halda daha üstündür.

Məqsədə nail olmaq vacib deyil, bu sadəcə gələcəyə hərəkət etmək üçün sadəcə bir istiqamətdir.

Adi insan – mühafizəkarlıq, ideyalar və ənənələr toplusudur. Əgər bu yolla davam etsən mühafizəkarlığı, ideyaları və ənənələri qəbul edəcəksən. Bununla sən özünü deyil, öz kölgəni tanımış olursan.

Son xəbərlər
Digər xəbərlər