12 C
Baku
Monday, October 21, 2024

Acarıstan koronavirusa görə “qırmızı zona” elan olunub

Gürcüstanda son sutkada qeydə alınan koronavirusa 44 yeni yoluxma halının 25-i Acarıstan Muxtar Respublikasının (MR) payına düşüb.

Bu barədə muxtar respublikanın Səhiyyə Nazirliyindən bildirilib.

COVID-19-a yoluxma faktları artdığından Acarıstan “qırmızı zona” elan olunub.

MR-də məhdudiyyətlərin tətbiqi hələ nəzərdən keçirilmir. Bölgədə 3 xüsusi çadır və 5 poliklinikada kütləvi test götürülməsi davam etdirilir. Daha 2 çadırın əlavə olunacağı gözlənilir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər