2 C
Baku
Saturday, December 14, 2024

“Bakı Metropoliteni”nin dövlətə 5.5 milyon manatlıq vergi borcu var

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 5 milyon 470 min 231 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 8 sentyabr 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.

Son xəbərlər
Digər xəbərlər