“Synergy Group” MMC-yə daxil olan “Synergy Medical” MMC-nin direktoru İlkin İsmayılov vəzifəsindən azad edilib.
Banker.az bu barədə “Report” agentliyinə istinadən xəbər verir.
Şirkətə rəhbərlik Famil Musayevə həvalə olunub.
Xatırladaq ki, “Synergy Medical” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.