Beyrut limanı yenə yanır

Livanın paytaxtı Beyrut limanında yanğın baş verib.

Yanğın avtomobil şinlərinin və sürtkü-yanacaq materiallarının saxlandığı zonada başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. İnsan itkiləri barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, avuqstun 4-də Beyrut limanında güclü partlayış olmuşdu. Partlayış nəticəsində 190 nəfər həlak olmuş, 6,5 mindən çox şəxs yaralanmışdı. 300 mindən çox sakin evsiz qalıb.

MənbəModern.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər