Dövlət Gömrük Komitəsi (DGK) “Premium Bank” ASC-ni kredit təşkilatlarının reyestrindən kənarlaşdırıb.
“Report” agentliyi bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, hazırda ölkədə 9 bank gömrük xidməti göstərir. Bunlar “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank” və “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
“Report” məsələ ilə bağlı “Premium Bank”la əlaqə saxlayıb. Bankdan bildirilib ki, maliyyə qurumunun reyestrdən kənarlaşdırılması daimi deyil. Gömrük xidməti göstərmək üçün lazımi sənədlər DGK-ya təqdim olunub və yaxın günlərdə “Premium Bank”ın adı yenidən Komitənin siyahısında olacaq.