1 C
Baku
Saturday, December 14, 2024

“Bakı Metropoliteni”nin vergi borcu daha da artıb – 9 milyon manata yaxınlaşıb

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 8 sentyabr 2020-ci il tarixinə qədər 5 milyon 470 min 231 manat vergi borcu var idi.  Hal-hazırda isə “Bakı Metropoliteni” QSC-nin vergi borcu 8 milyon 608 min 897 manat təşkil edir. Belə ki, “Bakı Metropoliteni”nin vergi borcu 3 milyon 138 min 666 manat artıb.

Qeyd edək ki, bu borclar barədə son məlumat 13 sentyabr 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.

Son xəbərlər
Digər xəbərlər