Azərbaycan neftinin qiyməti 1.82% və ya 0.73 ABŞ dolları bahalaşıb.
Bu barədə Banker.az-a bildirilir.
Belə ki, “Azeri Light” markalı xam neftin bir bareli 40.64 dollar olub.
Eyni bahalaşma oktyabr və noyabr fyuçersləri üzrə ticarət olunan neftlərdə də baş verib.
WTI markalı xam neftin Nyu-Yorkun NYMEX əmtəə birjasında bir barelinin qiyməti 2.19% bahalaşmaqla 39.12 dollar, Brent markalı xam neftin Londonun ICE fond birjasındakı qiyməti 1.85% bahalaşmaqla 41.28 dollar olmuşdur.







