Azərbaycanda koronavirusdan sonra ( burada 2020-ci ilin 1 mart- 1 avqust aralığı götürülür) muzdlu işləyən işçilərin sayında cəmi 2.4 faiz artım olub. Bu artımın səbəbi isə, özəl sektorun işçilərinin 5.7% və ya 41.3 min nəfər artmasıdır. Dövlət sektorunda isə 0.2% və ya 1.6 min nəfər azalıb.
Özəl sektorda ən çox azalma isə təhsil, turistlərin yerləşdirilməsi və ictimai iaşə, sosial təminat və maliyyə və sığorta fəaliyyəti üzrə baş verib.
Dövlət sektorunda isə ən çox azalma daşınmaz əmlakla əlaqədar əməliyyatlar, ticarət; nəqliyyat vasitələrinin təmiri, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və emal sənayesində baş verib.