15 C
Baku
Sunday, November 24, 2024

Zəif tərəflərinizi düzəltməlisiniz, yoxsa güclü tərəflərinizi inkişaf etdirməlisiniz?

Zəif tərəflərinizi düzəltməlisiniz, yoxsa güclü tərəflərinizi inkişaf etdirməlisiniz? Yazıçı, proqramçı və sahibkar Scott Yang sizə bu suala cavab verməyə kömək edəcək. 

Əksər insanlar gücünüzə diqqət yetirməli olduğunuzu iddia edirlər. “Mükəmməl liderlik” və “Maksimuma nail ol” kitabların müəllifləri, zəif tərəflərimizi düzəltmək cəhdindən çəkinməli və bunun əvəzinə bizi böyük hədəfə aparacaq tərəflərimizi inkişaf etdirməli olduğumuzu israr edirlər. 

Lakin bu tövsiyədə bir çatışmazlıq var – o çox vaxt heç bir işə yarımır. 

Bu, həyatın çətin bir şey olduğu və ya müxtəlif situasiyalarda fərqli davrandığımız ilə əlaqəli deyil. Düşünürəm ki, “Zəif tərəflərimizi düzəltməliyik, yoxsa yox?” sualına cavab vermək asandır. 

Nə zaman bütün diqqəti güclü tərəflərinizə yönəltməlisiniz?

Beləliklə, gücünüzü əlinizdən yaxşı gələn işlərə yönəltməyə qərar verdiniz. Burada əsas məntiq ixtisaslaşma və ustalıqdır. 

Albert Eynşteynin yaxşı bir sənətkar, çörəkçi və ya dərzi olmasına ehtiyac yox idi. O, başqalarının sənət əsərlərindən həzz ala, başqalarının bişirdiyi yeməkləri dada və başqalarının tikdiyi paltarları geyinə bilirdi. Əgər Eynşteyn bütün vaxtını çörək bişirməyi öyrənməyə sərf etsəydi, nisbilik nəzəriyyəsini düşünməyi çatdırmazdı. 

Bu nümunə bütün diqqətimizi güclü tərəflərimizə yönəltdiyimiz zaman nə baş verdiyini nümayiş etdirir:

1. İxtisaslaşma mümkün olduqda. Eynşteyn “cupcake” bişirməyi öyrənmək şansını görməməzliyə vura bilərdi – o, heç nə itirmirdi.

2. Ustalıq önəmli olduqda. Eynşteynin uğuru, onun yaxşı fizik olub-olmamasından asılı idi. Yaxşı və ya hamı kimi deyil, ən yaxşı!

Nə zaman bütün diqqəti zəif tərəflərinizə yönəltməlisiniz?

Bəzən bir şeydə zəif cəhətlərə sahib olduğumuzla barışmaq mümkün olmur. Tutaq ki, Eynşteyn parlaq vizualizator və mütəfəkkir olsa da, riyaziyyatda zəif idi. Keks bişirə bilməməsindən fərqli olaraq, hesablama apara bilməmək onun üçün ciddi boşluq olardı. Çünki Eynşteynin elmdəki müvəffəqiyyətində təkcə təcrübələrin deyil, həm də digər alimlər tərəfindən başa düşülən və yoxlanılması mümkün olan hesablamaların da payı var. 

Nisbilik nəzəriyyəsinin riyaziyyatı o qədər mürəkkəb idi ki, Eynşteyn bütün tənlikləri həll etmək üçün illər sərf etdi. O, riyaziyyatdan qaça bilməzdi. 

Eynşteyn riyazi hesablamaları başqalarına həvalə edə bilməzdi, çünki bunlar onun bir fizik kimi işi ilə bağlıdır. O, nəzəriyyəsinin inkişafını autsorsinqə təhvil verə bilməzdi. 

Aşağıdakı nümunə bütün diqqətimizi zəif tərəflərimi düzəltməyə yönəltdiyimiz zaman nə baş verdiyini nümayiş etdirir:

1. Vəzifələrini başqa birinə həvalə etmək mümkün olmadıqda. Eynşteyn başqasını onun yerinə riyaziyyatı həll etməyə məcbur edə bilməzdi. O, bu işlə özü məşğul olmalı idi.

2. Bir boşluq bütün irəliləyişi məhv etdikdə. Əgər Eynşteyn riyaziyyatda zəif olsaydı, nisbilik nəzəriyyəsini əsaslandıra bilməzdi. Bir çox insan üçün əhəmiyyətsiz olan zəiflik, onun üçün uçuruma aparardı. 

Zəif tərəflər üzərində işləmək və ya görməməzliyə vurmaq arasında necə seçim etməliyik

İndi isə bu suala cavab verək: zəif tərəflər üzərində işləmək və ya onları görməməzliyə vurmaq arasında necə seçim etməliyik? Bunun üçün aşağıdakı suallara cavab verməyiniz lazımdır.

1. Vəzifə öhdəliklərinin bir hissəsini başqalarına həvalə edə bilərsinizmi?

 Əgər işinizi kiməsə etibar edə bilərsinizsə, çox güman ki, həmin işi etməyə ehtiyacınız yoxdur. Əlavə mütəxəssis işə götürmək, sizin üçün yeni olan bir sahəni sıfırdan öyrənməkdən daha yaxşıdır.

2. Zəif tərəflərinizi görməməzliyə vura bilərsinizmi? 

Bəzən vəzifə öhdəliklərinin bir hissəsini başqa mütəxəssislərə həvalə etmək mümkün olsa da, zəif tərəfləri görməməzliyə vurmaq alınmır. Bu halda başınızı başqa bir işlə qatın. Məsələn, əsasən riyaziyyatda zəifsinizsə, iqtisadçı və ya proqramçı peşəsindən imtina edin və florist olun.

3. Zəif tərəfləriniz üzərində işləmək istəyirsinizmi?

Bəzən zəiflik gücə çevrilir. Çox vaxt istedadımız deyil, təcrübəmiz olmadığına görə müvəffəqiyyət qazana bilmirik. Buna görə zəif tərəflərinizi təkmilləşdirmək istəyirsinizsə, daha çox çalışın. 

Bununla yanaşı, bu qaydanın əks tərəfə işləmədiyini unutmayın. Əgər zəif olduğunuz sahəni sevmirsinizsə və başqa bir şeyə meylliliyiniz varsa, bütün diqqətinizi güclü tərəflərinizə yönəldin. 

 

Son xəbərlər
Digər xəbərlər