10 C
Baku
Friday, November 1, 2024

2018-ci ildə böhran olacaqmı?

Bazar üzrə verdiyi proqnozlarda heç vaxt yanılmadığını iddia edən Çarlz Nenner belə iddia edir ki, fond bazarında deflyasiya və iflas gözləyir. 

“Nenner tsikli”-nin yaradıcısının sözlərinə görə, o istənilən bazarın iflas olmaq vaxtını dəqiqliklə bildirə bilər. O belə bildirmişdir: “Növbəti bir neçə il ərzində S&P 500 indeksini cari səviyyədən 5%-dən yüksək səviyyədə görməyəcəksiniz. Lakin mənim proqnozlarım uzaq gələcək ilə bağlıdır və nəhəng iflas 2018-2020-ci illəri əhatə edə bilər”.

Bununla yanaşı Nenner 2020-ci ildən başlayaraq bazarlarda yüksək artım tempi gözləyir. O belə hesab edir ki, bazarda yaşanacaq enmənin əsas səbəbi deflyasiya olacaq və artıq bunun izlərini bir çox ölkə iqtisadiyyatlarında görmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər