Bu gün Çexiya Səhiyyə Nazirliyinin başçısı Adam Voytex istefa verib.
“Radio Praqa” xəbər verir ki, “Ano” partiyasının üzvü, son 3 ildə bu vəzifəni tutan nazir qurumun rəhbərliyindən getmək niyyəti barədə bildirib və bu qərarını ölkədə COVID-19 pandemiyası ilə bağlı vəziyyətın pisləşməsi ilə əlaqələndirib. Bununla yanaşı, Voytex jurnalistlərə müsahibəsində ölkənin bu ilin yazında koronavirusun birinci dalğasının öhdəsindən yaxşı gəldiyini söyləyib. Müxalifət isə bu fikirlə heç də razı deyil.
Bildirilir ki, ötən bazar yoluxanların siyahısına 985 nəfər əlavə olunub. Bu, ötən həftə ərzində ən aşağı göstərici hesab edilir. Lakin onu da nəzərə almaq lazımdır ki, adətən bazar günlərində iş günlərinə nisbətən daha az vətəndaş test analizləri verir.
Ölkədə paytaxtla yanaşı, Uqerske-Qradişte və Kromerjije şəhərlərində də vəziyyət qənaətbəxş deyil.