Bəzi insanlar karyeralarını fürsətlər yarandıqca inkişaf etdirir, bəziləri isə çoxillik plan hazırlayır və ona sadiq qalmağa çalışır. Uzunmüddətli planların bir çox üstünlükləri olsa da, müəyyən hallarda seçdiyiniz yol uğurlu olmaya bilər.
Karyera planlarınızı dəyişdirməli olduğunuza işarə edən beş əlamət.
İş həyatınızın digər aspektlərinə mənfi təsir göstərir
İşdəki stres çox güclü olduqda, həm sağlamlığınız, həm şəxsi münasibətləriniz, həm də emosional rifahınız zərər çəkə bilər. Liderlik üzrə mütəxəssis Jil Morgentaler iş problemlərini evdə deyil, işdə həll etməyi tövsiyə edir.
Lakin bəzən vəziyyət o qədər dəhşətli olur ki, bu problemlər sizə onsuz da təsir edəcək, xüsusən də işəgötürəninizlə həll edə bilmədiyiniz məsələlər varsa. Bu halda həm onu, həm də problemləri qoyub yeni bir iş axtarmağınız məqsədəuyğun olar.
İşinizin və ya çalışdığınız şirkətin hədəfləri sizin dəyərlərinizə uyğun deyil
İş sizi sevindirməlidir, eyni zamanda qürur və əhəmiyyət hissini qazandırmalıdır. Emosional intellekt üzrə yazıçı və ekspert Harvi Deutchendorf hesab edir ki, əgər çalışdığınız şirkət barədə danışarkən narahatlıq hiss edirsinizsə, demək ki, şirkətinizlə çox da qürur duymursunuz. Bəlkə, işəgötürən sizin əxlaq normalarınıza zidd bir şey edir və onun yerinə siz pis olursunuz?
İndiki işiniz nüfuzunuzu artırmağa kömək etmir
Karyera dəyişmə strategiyası üzrə mütəxəssis Jozef Liu daha əvvəl beynəlxalq brendlərlə marketoloq kimi işləyib. Liu insanların ona qarşı münasibətin necə dəyişdiyini dərhal hiss edib.
“Nüfuzumun birgə işlədiyim brendlərdən nə qədər asılı olduğunu başa düşməyə başladım. Şəxsi biznesi açmaq asan deyildi, lakin buna dəyərdi. Deyə bilərəm ki, karyeramın başlanğıcında tələb olunan marketoloqdan sahibkara çevrildim, hər kəsin diqqəti mərkəzində idim. Buna görə əgər uzunmüddətli karyera planlarınızı reallaşdırmaq istəyirsinizsə, nüfuz qazanmaq üçün şirkəti dəyişdirmək barədə düşünün.
Sənayedəki dəyişikliklər səbəbindən xəyal etdiyini iş yox ola bilər
İş sürətlə dəyişir – bəzi peşələr yox olur, texnologiyalar inkişaf etdikcə yeniləri meydana gəlir. Əgər qarşınıza hər hansısa vəzifəyə nail olmağı qoymusunuzsa, çox güman ki, maraq və bacarıqlarınıza cavab verən bir çox imkanlardan imtina edirsiniz.
Bundan başqa, xəyal etdiyiniz iş bir neçə il sonra yox ola bilər – onda planlarınızın rəqabət qabiliyyətinizi məhdudlaşdırdığını anlayacaqsınız. Əgər daha geniş düşünsəniz və dəyişikliklərdən qorxmasanız, özünüz üçün yeni karyera imkanlarını yaratmış olacaqsınız. Məsələn, Aleks Deyli xəyal etdiyi işi özü yaratdı.
Gözləntiləriniz reallığa uyğun gəlmir
Unutmayın ki, müəyyən hallarda xəyal etdiyiniz iş gözləntilərinizə cavab verməyə bilər.
“Çoxları xəyal etdiyi işin karyera səhrasında miraj olduğunu başa düşmür, – deyə yazıçı Syuzan Bond hesab edir. – Ona çatandan sonra görürük ki, hər şey təsəvvür etdiyimiz kimi deyil. Xəyal etdiyiniz iş daha uzaqdadır, buna görə adətən axtarışı davam etdiririk. Biz onu tapmaq üçün daha çox səy göstərməyə başlayırıq. Və yorulsaq da, dayanmırıq və məqsədə doğru hərəkət edirik. Beləliklə, dövrlər təkrarlanır”.
Bəzən səhvə yol verdiyimizi görmək və dərk etmək üçün qeyri-adi məkanlarda işləməyiniz tələb olunur və bu normaldır. Bəzən də elə olur ki, iqtisadi reallıqlar və sizin şəxsi prioritetləriniz, xəyal etdiyiniz karyera planına uyğun gəlmir. 2017-ci ildə Fast Company nəşriyyatı sahibkarlardan onların niyə ofisə qayıtmaq qərarına gəldiklərini soruşdu. Onlardan biri bu suala belə cavab verdi: “Frilans daha çox vaxt aldığından, tez-tez stres yaşayırdım”.
Karyera planı sizə kömək edə bilər, lakin həyatdakı reallıqları da unutmaq lazım deyil. Bəzən çətinliklər sizi istədiyiniz peşəkar məqsədə doğru aparan fürsət kimi görünə bilər.