25 C
Baku
Sunday, October 6, 2024

“Sabah edərəm”

Bir zamanlar əlindən hər bir iş gələn usta yaşayırdı. Lakin o bütün işləri sabaha təxirə salmağı sevirdi. İnsanlar ona hər hansı bir iş üçün müraciət etdikdə o cavab verirdi: “Yaxşı, sabah edərəm”. Cavanlıqda ustaya “Axır ki, evlən” deyirdilər. O isə “Yaxşı, sabah evlənərəm” deyə cavab verirdi. Onun işləri isə həmişə çox idi. O isə durmadan “Yaxşı sabah, sabah edərəm” deyə təkrar edirdi. Usta nəyisə çatdırır, nəyisə çatdırmırdı. Lakin bunlar onu qətiyyə narahat etmirdi, həyat öz axarında, sakit şəkildə axıb gedirdi.

Bir dəfə bir şəxs ona yaxınlaşaraq sifariş verir. O isə adəti üzrə “Yaxşı, sabah edərəm deyir”.

Bu zaman sifariş verən şəxs deyir:

— Bu sabah nə vaxt gələcək axı? Sənin artıq neçə yaşın var? Birdən qəfildən dünyanı dəyişdin və dediklərini edə bilmədin?

— Doğrudur! — deyə usta heyrətləndi. — Həqiqətən də mənim neçə yaşım var?

O saydı-saydı və kədərli halda stula əyləşdi: “Dəhşət, mənim artıq 60 yaşım tamam olub! Həyatım niyə belə tez keçib getdi?!”.

Son xəbərlər
Digər xəbərlər