6 C
Baku
Sunday, December 15, 2024

İngiltərə hökuməti aztəminatlı vətəndaşlara koronavirusa görə 500 funt sterlinq ödəyəcək

İngiltərə hökuməti koronavirus pandemiyasına görə özünütəcrid rejimində olan aztəminatlı vətəndaşlara 500 funt sterlinq ödəyəcək. Banker.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok məlumat verib.

Onun sözlərinə görə, bu ödəniş birdəfəlik olacaq. Nazir bu sxemin İngiltərədə tətbiq ediləcəyini, lakin Uels, Şotlandiya və Şimali İrlandiyadakı səlahiyyətlilərin oxşar proqramlar üçün maliyyələşdirmə imkanına sahib olacağını qeyd edib.

Özünütəcrid rejimin pozanlar üçün 1000 funt sterlinq cərimə cəzası nəzərdə tutulub. Təkrar pozuntu olduqda, cərimə 10 000 funt sterlinqə qədər artırılır.

İngiltərənin baş nazirinin elmi məsələlər üzrə baş məsləhətçisi Patrik Uallans, oktyabrın ortalarına qədər krallıqdakı koronavirus infeksiyasına yoluxma halların gündə 50 minə çata biləcəyini söyləyib. Onun sözlərinə görə, indiki dövrdə Covid-19-a yoluxanların sayı hər yeddi gündə iki dəfə artır. Noyabrın ortalarına qədər İngiltərədə koronavirus qurbanlarının sayı hər gün 200 nəfərə çata bilər.

“Buna görə bizim əsas vəzifəmiz yoluxma sayının iki dəfə artmasına yol verməməkdir. Böyüməni və proqnozlaşdırdığımız problemləri aradan qaldırmaq üçün artıq tədbirlər görülür. Bu, sürət və hərəkət tələb edir”, – deyə Uallans söyləyib.

O, hal-hazırda ölkə əhalisinin təqribən 8%-nin (3 milyon nəfər) virusa yoluxa biləcəyini qeyd edib. “Bu o deməkdir ki, əksəriyyətimiz koronavirusa qarşı həssasdır”, – nazir qeyd edib.

Sentyabrın 18-i İngiltərənin baş naziri Boris Conson, ölkədəki Covid-19 pandemiyasının ikinci dalğasının qarşısını almaq mümkün olmadığını bildirmişdir. “İndi ikinci dalğanın yaxınlaşdığını görürük. Bunu Fransada, İspaniyada, bütün Avropada müşahidə edirik. Qorxuram ki, bunu ölkəmizdə də görməyimiz qaçılmazdır”, – Boris Conson söyləyib.

Xatırladaq ki, ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 398 625 nəfər təşkil edir, onlardan 41 788 nəfər dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər