Azərbaycanda audit fəaliyyətini həyata keçirən sərbəst auditor yeni şirkət yaradıb.
Banker.az xəbər verir ki, yeni yaradılan şirkətin adı “Mühasibat uçotu və Vergilər üzrə məsləhət xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Mikayılzadə Raqif Rami oğludur. Raqif Mikayılzadə sərbəst auditor kimi çalışır.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sabir Orucov, ev.3 m.38 ünvanında fəaliyyət göstərəcək. MMC 6 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da qeyd edək ki, Audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Bildirək ki, Azərbaycan Respublikasında mövcud qanunvericiliyə görə auditor fəaliyyəti ilə həm hüquqi şəxslər, yəni auditor təşkilatları, həm də fiziki şəxslər, yəni sərbəst auditorlar məşğul ola bilərlər.