1 C
Baku
Saturday, December 14, 2024

Tramp “TikTok” ilə bağlı müqaviləni ilkin təsdiqləyib

ABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkəsi “TikTok” ilə bağlı müqavilə imzalanmasına ilkin razılıq verdiyini açıqlayıb.

“İnterfaks” xəbər verir ki, ABŞ dövlət başçısı jurnalistlərə açıqlamasında bu barədə bildirib.

“Müqavilə hazırlanır. İlkin razılıq vermişəm. Tam təhlükəsizliyimiz olmalıdır”, – o deyib.

Qeyd edək ki, Tramp avqustun 14-də imzaladığı fərmanla “TikTok”un sahibi olan Çinin “ByteDance Ltd.” şirkətinə müqavilə imzalanması üçün 90 gün möhlət verib, yəni noyabrın 12-dək prosedurlar tamamlanmalıdır.

“TikTok”un ABŞ-dakı əməliyyatları ilə bağlı saziş Çin tərəfdən də təsdiq tələb edir. “ByteDance” Trampın “TikTok” amerikalı istifadəçilərinin məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını aradan qaldıracağına ümid etdiyi təklifi ABŞ səlahiyyətlilərinə təqdim edib.

Bu təklifə əsasən, “ByteDance” “TikTok”un əməliyyatlarını yeni şirkətə – “TikTok Global”a həvalə edəcək. O da servisin ABŞ-da və Çin istisna olmaqla, dünyanın digər ölkələrində xidmətindən məsul olacaq. “Oracle” və “Walmart” ümumilikdə “TikTok Global” şirkətinin 20%-ni əldə edəcək. “Oracle” yeni şirkətin 12,5%-ni alacaq və servis bulud saxlama xidməti təminatçısı olacaq, “Walmart” isə “TikTok Global” şirkətinin 7,5%-ni əldə edəcək və elektron ticarət və ödəniş xidmətləri daxil olmaqla, bir sıra sahələrdə onun tərəfdaşı olacaq. “TikTok Global”ın 80%-nə sahib olacaq “ByteDance”ın 40%-nin amerikalı investisiya fondlarına məxsus olduğunu nəzərə alsaq, “Oracle” və “Walmart”ın payları ilə birlikdə “TikTok Global” ABŞ-dan olan investorlar tərəfindən idarə olunacaq.

“TikTok Global”ın ABŞ-da 25 mindən çox yeni iş yeri yaradacağı və büdcə üçün 5 milyard ABŞ dollarından çox vergi ödənişi təmin edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər