16 C
Baku
Monday, May 6, 2024

Azərbaycan bazarına daha bir lizinq şirkəti daxil oldu

Azərbaycanda yeni lizinq şirkəti yaradılıb.

Banker.az xəbər verir ki, yeni yaradılan lizinq şirkətinin adı “Gold Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

“Gold Leasing”in nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Baxışov Vüqar Nazim oğludur.

Lizinq şirkəti 4 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq PR, ev.189 m.43. ünvanında fəaliyyət göstərəcək.

Qeyd edək ki, lizinq maliyyə icarəsi formasıdır və hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər