İŞÇININ VƏZIFƏSI:
- Hazırlanmış sorğu blanklarının çapı və sortlaşdırılması;
- Sorğu üçün təsadüfi seçilmiş FINCA müştəriləri arasında sorğu aparmaq;
- Sorğu vərəqlərinin yoxlanılması;
- Müştərilər haqqında ətraflı məlumat əldə etmək üçün kredit şöbəsinin işçiləri ilə əməkdaşlıq etmək
TƏLƏBLƏR:
- Azərbaycan dilində səlis danışmaq, Rus dilini bilmək üstünlükdür;
- Daha öncə sorğularda iştirak etmək;
- İnsanlarla asan ünsiyyət qurmaq;
- Kredit işi ilə tanışlıq və ya öyrənmək arzusu;
- Bitmiş və ya davam etməkdə olan ali / orta təhsil;
- Sorğuçunun bölgələrə səfər etməsi nəzərdə tutulur.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 11 Oktyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№639/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.