20 C
Baku
Tuesday, April 30, 2024

Google müddəti uzadılan ödənişli xidmətləri dayandırdı

Google şirkəti Google Web Mağazası ödənişlərindən istifadəni dayandırıb.

Şirkət rəsmiləri, həmçinin yeni bir əlavə etmə düyməsinin istifadəyə veriləcəyini də vurğulayıblar.

Xidmətin dayandırılması ilə bağlı bir bloq yazısında isə bu formada xəbərlıq edilib: “Artıq Chrome Web Mağazasından istifadə dayandırılıb və yaxın aylar ərzində bağlanacaq. Hazırda ondan istifadə edirsizsə, başqa bir xidmətə keçməyiniz məsləhət görülür”.

Artıq dünəndən etibarən istifadəçilər ödəniş edərək yararlandıqları xidmətin istifadə müddətini uzada bilməyiblər. Google rəsmiləri isə bu tip uzadılmaların istifadəçilər üçün istismar hesab edildiyini əsas gətiriblər.

Qeyd edək ki, Google fevralın 1-ə qədər bu sistemin funksiyalarını tədricən tamamilə dayandırmağı düşünür. Chrome Web Mağazası istifadəçilərindən ümumiyyətlə ödəniş alınmayacağı təxmin edilir. Məqsədin spam xarakterli ödənişlərlə mübarizə xarakteri daşıdığını düşünənlər də az deyil.

MənbəTed.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər