16 C
Baku
Monday, October 28, 2024

Azərbaycanda daha 10 şagirddə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində dünənə COVID-19-la olan məlumatı açıqlayıb.

Sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Məlumata görə, gün ərzində 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir.

Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37 dərəcədən yüksək hərarət müşahidə edilib.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb.

 

Son xəbərlər
Digər xəbərlər