“Vaksinasiyadan əldə etmək istədiyimiz nəticə xəstəliyin epidemiyasının aradan qalxmasıdır”.
Bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB-in sədri Ramin Bayramlı deyib. O bildirib ki, yoluxmanın aradan qalxması qlobal gözləntidir:
“Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır. Bizim elmi qurumlar, Səhiyyə Nazirliyi bu istiqamətdə öz işlərini görürlər. Təbii ki, tədqiqatlar başa çatmalıdır ki, vaksinlərin kimə vurulması göstəriş, kimə vurulmasının əks-göstəriş olduğu bəlli olsun. Bu barədə vaksinasiya strategiyasında yer alacaq. Vaksinasiya başa çatanda, vaksinasiya strategiyamız da tam formalaşmış olacaq”.