Avropada dizel tələbatının 2021-ci ilə qədər bərpa olunma ehtimalı azdır, regiondakı çətinlik çəkən neft emalı zavodları daha çox təzyiq altında qalacaq.
Bunu “Argus”a “SOCAR Trading” şirkətinin icraçı direktoru Məryəm Almaszadə deyib.
Onun sözlərinə görə, hazırda anbarlar doludur, emalın marjası isə çox dar və ya mənfidir.
Onun sözlərinə görə, Avropadakı neft emalı zavodları hazırda ciddi problemlərlə üzləşirlər: “Bu cür şəraitdə işləmək mümkün deyil. Bəzilərinin, potensial olaraq daha az inkişaf etmiş neftayırma zavodlarına sahib olanların bazarı tərk etmələrini istisna etmirəm”.
O bildirib ki, SOCAR-ın ticarət qolu olan bu şirkətin xam neft ticarəti üçün mövcud modeli əks etdirərək qlobal inteqrasiya olunmuş neft məhsulları bölməsini yaratmağı nəzərdən keçirir.